Qondarma hədislər və ya israiliyyat
Bağışlayan və mehriban Allahın adı ilə
Israiliyyat
Bütün müsəlmanlar Rəsulullahın İlahi rəhmət sayəsində hər bir səhv və günahdan pak olduğunu isbat edikləri halda bəzən elə islam alimləri tapılır ki, çox iyrənc və qondarma hədisləri nəql etməklə Rəsulullahı adi bəşər kimi tanıtdırmağa israr edirlər.. Bununla da onlar islam dinini xurafatlara əsaslanmış və Peyğəmbəri Şeytanın əlində oyuncağa çevrilmiş kimi canlandırırlar. Məlumdur ki, Rəsulullahın (s) vəfatından sonar bəziləri siyasi səbəblərdən hədislərinin yazılmasını və nəqlini qadağan etdilər. Belə bir zamanda islamın süqutunu istəyənlər fürsətdən istifadə edib Rəsulullahın adından hədis qondarmağa başladılar. Belə qondarma hədislərdə əsas səy Rəsulullahı adi bəşər kimi tanıtdırıb bəzən də günah etdiyi də iddia olunur. Amma ən acınacaqlı hal budur ki, bəzi hədislərdə Rəsulullanın Şeytanın əlində məsxərə alətinə çevrildiyi göstərilir. Bu cür hədislər adətən yəhudilər tərəfindən qondarıldığı üçün Hədis elmində “israiliyyat” termini ilə məşhurdurlar.
İndiyə qədər sünnü məzhəblərinin yaranma səbəbləri haqqında fikirləşmisinizmi? Niyə nə az və nə də çox sünnü məzhəbləri dörd məzhəblə kifayətləndi? Bu suallara cavab vermək üçün öncə Rəsulullah (s), Qurani-kərim və sünnət haqqında ayrı-ayrılıqda söhbət edək. Bu üç istiqamətdə bəhs edərkən heç şübhəsiz əhli sünnətin mötəbər kitablarından istifadə olunacaq. Əlbəttə bu heç də o mənada deyil ki, əhli sünnətin kitabları bizim nəzərimizdə mötəbərdir. Islam tarixini mutaliə edəndə məlum olur, nə qədər ki, Rəsulullah (s) müsəlmanların arasında var idi onların aralarında heç bir ixtilaf yox idi. Əksinə təqribən bütün müsəlmanlar mehriban yaşayırdılar. Onlar düşmənlərin müqabilində müttəfiq idilər. Bu tarixi bir həqiqətdir ki, adi bir şey üstündə illər boyu müharibə edən milləti Muhəmməd (s) İslam dinini gətirib onlara qəbul etdirməklə elə bir cəmiyyət yarada bildi ki, özlərinin bütün qanlı ədavətlərini unudub bir biri ilə qardaş kimi yaşasınlar. İnamla demək olar ki, indiyə qədər dünyada heç bir rəhbər (nə ilahi və nə də siyasi) bu xususiyyətə malik millətdən belə bir cəmiyyət yarada bilməyib. Qurani-kərim Rəsulullahın (s) zamanındakı müsəlman cəmiyyətinin ali keyfiyyətini bu cür vəsf edir: “Muhəmməd (s) Allahın rəsuludur. Onunla olanlar kafirlərə qarşı sərtdirlər. Onlar öz aralarında mehribandırlar. Onları həmişə ruku və səcdə edən halda görürsən. Onlar Allahdan daha artıq dərəcədə riza və lütf diləyirlər. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. Amma onların İncildəki əlamətləri torpağın altından çırtlamış cücərtiyə bənzədilib ki, torpağın altından qalxandan sonra pöhrələrini bərkitməyə məşğul olub möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. Muhəmmədin əshabı ilə zəiflikdən qüvvətə yetişməsində hikmət kafirləri qəzəbləndirmək üçündür. Allah iman gətirib saleh əməllər əncam verənlərə məğfirətn və böyük mükafat (Cənnət) və’dəsi vermişdir”(Fəth. ayə 29) Amma Rəsulullahın (s) vəfatından sonra bir zaman möhkəm olan cəmiyyətin arasında dərin bir uçurum əmələ gəldi. Səhabələr iki cəbhəyə bölündülər.
1. İmamət və vilayət cəbhəsi (Əhli beyt məktəbi)
2. Xilafət və ümmətə zahiri rəyasət cəbhəsi (xəlifələr məktəbi)
Hər iki cəbhə xilafəti ələ keçirib Rəsulullahın gətirdiyi amalları davam etdirmək fikrində idilər. Amma bunların arasında fərq bu idi ki, imamət və vilayət cəbhəsinin hədəfə yetişmək üçün ayrıca bir plana ehtiyacı yox idi. Rəsulullahın (s) çoxlu sayda sifarişləri onların əsas arqumentləri idi. Xilafət cəbhəsinin əlində heç bir arqument olmadığından və digər tərəfdən Rəsulullahın (s) sifarişlərinin onlara əsaslı maneə olduğu üçün onlar hədəfə yetişməyə planlar hazırlamağa başladılar. Umumiyyətlə hədəfə yetişmək üçün üç istiqamətdə plan hazırlandı. Həmin planları əhli sünnətin həds, tarix, təfsir, və kəlami mənbələrinə müraciət etdikdə asanlıqla ələ gətirmək mümkündür. Onlar bu planları həyata keçirməklə hədəflərinə yetişidilər. Xilafəti ələ keçirəndən sonra onu davamlı şəkildə əldə saxlaya bildilər. Onlar əməllərinə şəri don geyindirib Rəsulullahın bütün sifarişlərini kənara qoydular. Bu planlar həyata keçdikcə sünnü məzhəbləri arasında onlarla yeni məzhəblər yaranmağa başladı. Mümkündür bu işi görənlər əvvəlcədən belə olacağı haqda təsəvvür etmirdilər, lakin çox təəssüflər olsun ki, bu baş verdi.
Birinci istiqamət: Nübuvvətin və Rəsulullahın (s) məqamını kiçiltmək, xəlifələrin və səhabələrin məqamlarını ucaltmaq.
Ikinci istiqamət: Qurani-kərimi Peyğəmbərin (s) izahatlarından ayırmaq.
Üçüncü istiqamət: Rəsulullahın (s) hədislərinin nəqlinin və yazılmasının qarşısını alıb yalnız Quran bizə kifayətdir şüarını müsəlmanlara təlqin etmək.
Rəsulullahın (s) vəfatından sonra aparılmış bu siyasətin nəticəsi oldu ki, islam ümməti özünün narahat anlarını yaşamağa başladı. Bəzən də səhabələrdən bir etiraz etdikdə etirazı onun teror olunması ilə nəticələnirdi. Deməli vəhhabilərin indi teror aktlarının keçirməsinin fundamenti o zamandan qoyulmuşdur.
Indi planlı surətdə aparılmış parçalanma siyasətini hər birini ayrı ayrılıqda araşdıraq.
Rəsulullahın (s) və nübuvvətİN məqamını kiçildib əvəzində xəlifələrin və səhabələrin məqamlarını ucaltmaq.
Əhli sünnətin hədis kitablarında bəzən Rəsulullahın (s) şəxsiyyəti sındırılıb kiçildilir və adi bir insan həddinə endirilir. Hətta bəzən adi insan həddindən də aşağı cilvələndirilir. Düzdür Rəsulullah (s) də sair insanlar kimi bir insandır necə ki, Qurani-kərim bu haqda buyurur:- “De: "Mən də sizin kimi insanam. (Amma sizdən fərqim budur ki,) Mənə vəhy olunur ki, sizin mə`budunuz yeganə olan mə`buddur. Hər kəs Rəbbinin hüzüruna gəlməsinə ümüd bəsləyir bəsləyir onda yaxşı əməllər etsin və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik etməsin!” (Kəhf. ayə 110 )
Lakin O, Allahın peyğəmbəri, vəhy əmanətçisi və məxluqatın ən şərafətlisidir. Çünki Qurani-kərim onun haqqında buyurur: “Sizin müsahibiniz (Muhəmməd əleyhissəlam) yolundan azmamış və nə də məqsədini itirməmişdir. O, özündən heç nə danışmır. Danışdıqları ancaq ona nazil olan vəhydir” (Nəcm. ayə 2-4) Əgər Qurani-kərim Rəsulullah haqqında şəhadət verir ki, “O özündən heç nə danışmır” deməli onun bütün felləri (hərəkətləri) İlahi rəhmətdən nəş`ət alır. Amma əhli sünnətin kitablarında Rəsulullahın əzəmətini sındırıb kiçildən bu hədislərə özünüz qiymət verin.
Birinci hədis: Əbdullah ibn Ömər deyir: “Rəsulullahdan eşitdiyim bütün şeyləri hifz etmək üçün yazırdım. Amma Qureyş məni bu işi görməkdən çəkindirdi və mənə dedilər ki, Rəsulullahdan eşitdiyin bütün şeyləri yazırsan? Rəsulullah da bəşərdir, qəzəbli və rizayət hallarında danışır. Mən daha Rəsulullahın kəlamlarını yazmaqdan əl çəkdim. Bu haqda Rəsulullaha deyəndə həzrət əli ilə ağzına tərəf işarə edib dedi: “Yaz! And olsun o kəsə ki. Canım onun əlindədir! Oradan ancaq haqq söz çıxır!” (“Sunəne Əbu davud” kitab 19 əl-elm, bab 3, cild. 2. səh. 342 mətbəə darul-cinan, “Sünənuddarəmi” bab mən ruxxisə fi kitabətil-elm, cild.1, səh 125 mətbəə darul-kutubul-elmiyyə, Musnəde Əhməd və haşiyə Muntəxəb Kənzul-ummal cild 2. səh 162 Beyrut çapı)
Hədisdən məlum olur ki, hələ Rəsulullahın vəfatından öncə bir dəstə onu adi bir fərd kimi tanıtdırmağa çalışıblar. Onun məsum olduğunu inkar edib sair insanlar kimi səhv və xəta edə biləcəyini müsəlmanlara təhmil etmək istəyiblər. Yəni o da adi insanlar kimi yersiz kiməsə qəzəblənir və bəzən də günahsız bir kəsi cəzalandırır. Buna görə də ona qeyri adi insan kimi yanaşmaq lazım deyil.
İkinci hədis:- Səhih Bxari və Səhih Muslim kitablarında bir bab ayrılıb ki, orada Rəsulullahın lənət edib cəzalandırdığı insanlara onun bu əməlinin rəhmət və Allaha yaxınlıq məqamına yetişmək üçün səbəb olduğu bildirilir.
Əbu Hureyrə nəql edib: Rəsulullahdan (s) eşitdim deyirdi: “İlahi Muhəmməd də bir bəşərdir. Adi bəşər necə qəzəblənir o da o cür qəzəblənir. Mən səninlə əhd peyman bağlamışam. İlahi mənimlə bağladığın peymana xilaf etməyəsən! Hər vaxt bir mömini incitsəm ya ona nasəza desəm və ya ona şallaq vursam etdiyim əməli onun üçün kəffarə kimi qərar ver. Həmin əməli Qiyamətin günündə onun üçün sənə yaxın olmağa vasitə qərar ver”(Səhih Muslim kitab 45, əl-birr vəssilə vəl-ədəb bab 25, mən ləənəhunnəbiy (s) ov səbbəhu ov dəa ələyhi cild.4, səh 2008 hədis 2601 mətbəə “daru ihyautturas” Beyrut, Səhih Buxari kitabuddəəvat, bab qovlunnəbiy (s) mən azəytəhu..... cild 8, səh 435 “darul-qələm” Beyrut)
Əziz oxucu sizi and verirəm qadir olan Allaha! Əbu Hureyrənin nəq etdiyi bu rəvayətə diqqətlə və insafla nəzər salın. Əhli sünnət az qala Əbu Hurüyrənin adını belə dəstəmazla çəkməyin lazım olduğunu söylədikləri halda onun qondardığı rəvayətə bir baxın. Bu adam həya etmədən Rəsulullaha (s) belə bir iftiranı yaxmışdır. Bu hədisdə açıq aşkar göstərilir ki, Rəsulullah (s) adi insanlar kimi bəzən yersiz əsəbiləşib camaata səbəbsiz nasaza deyib, bəzən söyüş söyüb və bəzən də vurubdur. Yəni hədisdə Rəsulullaha elə şeylər nisbət verilib ki, hətta adi adamlara belə yaraşmır. Təsəvvür edin ki, müsəlman olmayan bir şəxs bu hədisi oxuyur, görəsən o bu haqda nə deyəcək? Heç şübhəsiz bunu deməyə onun haqqı olacaq: İnsanları hadayət etməyə gəlmiş bir insan əgər özünü idarə edə bilməyibsə onda kütləni necə öz dalıyca apara bilər və onlara necə nümunə ola bilər?
Amma şiələr deyirlər ki, bu yalanlar heç də təsadüfdən olmayıb, əksinə məqsədyönlü şəkildə siyasətlə həyata keçirilmişdir. Muslim həmin babın axırında Rəsulullahın Muaviyəyə etdiyi nifrini gətiribdir. Ibn Abbas nəql edib:-Bir gün Rəsulullah mənə dedi;-“Get Muaviyəni mənim yanıma çağır” Mən Muaviyəni çağırmağa getdim. Muaviyə dedi:- mən yemək yeyirəm. Mən Rəsulullahın yanına qayıdıb Muaviyənin yemək yediyi üçün gəlmədiyini xəbər verdim. Rəsulullah (s) yenə də təkidlə Muaviyəni onun yanına çağırmağı əmr etdi. Mən ikinci dəfə yenə də onun yeməyə məşğul olduğunu xəbər verəndə Rəsulullah (s) dedi: “Allah heç vaxt onun qarnını doyuzdurmasın”(Səhih Muslim kitabul-birri vəssilə 2/968, hədis 1827 mətbəə Darussəlam Məkkə)
Muslimin izahatına görə Rəsulullahın Muaviyəyə etdiyi nifrin onun üçün rəhmətdir və bu qarğış Muaviyəni günahlardan paklaşdırır. Onlar bu cür qondarma hədisləri nəql etməklə iki hədəf güdüblər:
1. Rəsulullahın məqamını alçaldıb onu adi bir insan kimi tanıtdırmaq.
2. Rəsulullahın ümmətinə rəhbər olmağa ləyaqəti olmayanları tanıtdırdığı halda onları paklamaq.
Üçüncü hədis: Əbu Hureyrə nəql edib: Cəm namazı qılmaq üçün camaat cərgələri qurdular. Rəsulullah (s) gəlib namazdakı yerində duranda yadına düşdü ki, qusl etməyib, camaata tərəf dönüb dedi:-“Yerinizdə durun!” Sonra Rəsulullah (s) qusl etmək üçün evinə qayıtdı. Bir qədər keçəndən sonra Rəsulullah (s) saçlarını darayan halda bizə tərəf qayıtdı. Biz cərgələrdə durduğumuz halda o qusl etmişdi. (“Sünəne Əbu Davud” kitabuttəharət bab 94, 1/110, “Səhih Buxari” kitabulazan, bab iza qaləl imamu məkanəkum hətta rəcəə 1/ 164)
Əbu Hureyrə bu qondarma hədisdə Rəsulullahı cənabət quslunə qarşı laqeyd bir fərd kimi tanıtdırmağa çalışıb. Rəsulullahı (s) adi imam camaata yaraşmayan laqeyd bir insan kimi bizə tanıtdırıb. Göründüyü kimi Əbu Hureyrə insanları hidayət etmək üçün Allah-təalanın göndərdiyi pak və məsum rəhbəri şübhə altına alaraq onun məsumluğunu rədd edib. Əgər fərz etsək ki, doğrudan da Rəsulullah qusl etmədən namaza durub və sonra yadına düşüb ki, qusl etməyib. Necə ola bilər ki, yadına düşəndə qusl etməyə gedəndə camaatı həmin yerdə durmağa məcbur edib? Heç olmasa səhabələrdən birinə əmr edəydi ki, onun yerinə namazı qılaydı. Bəs Əbu Hureyrənin ağız dolu təriflədiyi səhabələri imam durmağa layiq olmayıblar. Heç olmasa Rəsulullah Əbu Hureyrəni onlarla namaz qılmağa təyin edəydi?
Dördüncü hədis: Huzeyfə nəql edib:- “Rəsulullahın (s) ilə bir qəbilənin zibillərini tulladıqları xarabalığa yetişəndə Həzrət (s) orada dayanıb ayaq üstə bovl etdi. Mən bir qədər uzaqda dayandım. Rəsulullah (s) dedi: Yaxın gəl. Mən də o qədər yaxın getdim ki, onun arxasında dayandım. Rəsulullah (s) dəstəmaz aldı və ayaqlarına məsh etdi”.(“Səhih Muslim” bab 29, əl-məsh ələl-xoffeyn hədis137, 1/116, “Səhih Buxari” kitabul vuzu, ayaq üstə və oturan halda bov etmək babu 1/66, “Sunəne Əbu Davud” kitabuttəharət, bab 12, ayaq üstə bovl etmək, cild 1, səh 53)
“Səhih Buxari” kitabına şərh yazmış Nəvəvi bu hədis haqda deyib:- “Rəsulullahın ayaq üstə bovl etməsinə görə alimlər o cümlədən Xəttabi, Beyhəqüi və s.... həmçinin Şafei bir neçə izahat söyləyiblər:
1. O zaman ərəblər bel ağrısını müalicə etmək üçün ayaq üstə bovl edərdilər. Deməli Rəsulullah (s) ayaq üstə bovl edəndə onun belində ağrı olub.
2. Beyhəqi deyib ki, ola bilsin Rəsulullahın (s) dizinin altında yara olub və o Həzrət bovl etmək üçün otura bilmədiyindən ayaq üstə bu işi görməyə məcbur olub.
3. Ola bilsin Rəsulullah (s) oturmaq üçün yer tapa bilmədiyindən ayaq üstə bovl etməyə məcbur olub. Çünki zibilliyin qarşı tərəfi yoxuş olub.
4. İmam Əbu Əbdillah Mazəri və Qazi Əyaz (r) deyiblər: Rəsulullahın adətinə zidd olaraq ayaq üstə bovl etməsinin səbəbi bu ola bilər ki, qarşı tərəfdən (zibillikdən) nagəhan bir kəs çıxıb onu görməsin deyə o Həzrət ayaq üstə bovl etməyə məcbur olub. Buna görə də Ömər deyib ki, ayaq üstə bovl etmək arxanı gözləməkdən daha etibarlıdır.
5. Rəsulullahın adəti həmişə oturan halda bovl etmək olub, amma mümkündür ayaq üstə bovl etməsinin səbəbi camaata göstərmək istəyib ki, ayaq üstə də bovl etmək olar və Aişənin nəql etdiyi hədis “Hər kəs sizə nəql etsə ki, Rəsulullah (s) yalnız ayaq üstə bovl edərdi onun sözünü təsdiqləməyin” buna dəlalət edir”.(Səhih Muslim Nəvəvinin şərhi, kitabu təharət, bab əl-məsh əla xoffəyn cild 3, səh 165)
Əziz oxucular sizi and verirəm Allaha indi özünüz qəzavət edin! Qurani kərim Rəsulullahın (s) haqqında buyurur: “Ey Peyğəmbər sən böyük əxlaq sahibisən!” (Qələm. ayə 4) Yuxarıda əhli sünnətin ən mötəbər kitablarından nəql etdiyimiz hədis az qala iraq olsun Rəsulullah küçə adamları kimi harda gəldi və hara gəldi səpən kimi tanıtdırmır? Adi bir körpə kiminsə yanında alətini çıxarıb bovl etməkdən həya edib utanır. Necə ola bilər insanları hidayət etməyə gəlmiş və Qurani-kərimin onun əxlaqının ən ali dərəcədə olduğunu təkid etdiyi bu işi görsün. Amma daha maraqlısı Nəvəvinin nəql etdiyi dördüncü izahatıdır. 4. İmam Əbu Əbdillah Mazəri və Qazi Əyaz (r) deyiblər: Rəsulullahın adətinə zidd olaraq ayaq üstə bovl etməsinin səbəbi bu ola bilər ki, qarşı tərəfdən (zibillikdən) nagəhan bir kəs çıxıb onu görməsin. Buna görə də Ömər deyib, ayaq üstə bovl etmək arxanı gözləməkdən daha etibarlıdır.
Burada biz hədis haqqında bir söz deməkdən yan keçərək fəqət əhli sünnətin bu suala cavab verməsini istəyirik: “Böyük əxlaq” budurmu ki, camaatın gözü önündə özü də ayaq üstə durub bovl edəsən? Bu üzdən iraq hədis Rəsulullahın (s) şəxsiyyətini sındırıb adi bir fərd kimi tanıtdırmaq üçün qondarılmayıbmı?
Beşinci hədis:- Rəsulullahın (s) həyat yoldaşı Aişə nəql edib:- “Birimiz heyz olanda Rəsulullah (s) ona fitə (qurşaqdan aşağıya parça) bağalamağı əmr edərdi və ondan sonra yaxınlaşq edirdi” (Səhih Muslim 3-cü kitab heyz, bab 7, 1/135 hədis 177, Səhih Buxari kitabul heyz, 1/83)
Ay Peyğəmbər ümməti və ay Rəsulullahın qeyrətini çəkənlər bu nə biabırçılıqdır? Əhli sünnətin mötəbər saydıqları bu kitab sahibləri necə də həyasızcasına belə cəfəngiyatları Rəsulullaha (s) nisbət veriblər. Dünyada ən rəzil adam belə tapılmaz ki, qadınla heyz halında yaxınlıq etsin. Bəli ola bilsin bir manyak tapılsın və heyz halında qadınla yaxınlıq etməkdən həzz alsın, amma necə ola bilər ki, Allahın bu cür “Ey Peyğəmbər sən böyük əxlaq sahibisən!” (Qələm. ayə 4) vəsf etdiyi Peyğəmbər iyrənc bir əmələ murtəkib olsun?
Altıncı hədis:-Aişə deyr:- “Mən heyz olduğum halda mənə fitə bağlamağı əmr edərdi və sonra mənimlə yaxınlıq edərdi” (Musnəde Əhməd ibn Hənbəl , musnəde Aişə cild 6, səh 209, 113, 134, 143)
Əlbəttə İbn Həcər Əsqəlani hədisdə “mubaşirət” sözünün cinsi əlaqə yox bədənin digər üzvləri ilə təmasda olması kimi izah etməyə çalışıb. (“Fəhul bari” kitabul heyz, bab 5, cild 1, səh 403)
Əvvəla cənab İbn Həcərə demək lazımdır ki, müsəlman alimlərinin yekdil rəyi budur ki, qadının heyz halında bədəninin sair üzüvləri ilə təmasda olmaq haram deyil. Hətta bu zaman fitəyə də ehtiyac yoxdur.
“Oruc tutduğunuz günlərdə gecələr qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. ( yəni biri digərinizin namususunuz). Allah sizin özünüzə xəyanət etdiyinizdən xəbərdardır. (yəni oruc halında yaxınlıq etdiyinizi) Allah sizin tövbələrinizi qəbul edib əfv etdi. İndi siz onlarla yaxınlıq edə bilərsiniz. Allahın sizin üçün təyin etdiyi şeyləri ələ gətirməyə çalışın. Sübhə kimi ağ sap qara sapdan seçilincəyə qədər yeyib için. Sonra orucunuzu gecəyə qədər tutub tamamlayın. Məscidlərdə etikaf (ibadətdə) etdiyiniz halda onlarla yaxınlıq etməyin. Bunlar Allahın hədləridir ki, bunlara təcavüz etməyin. Allah hökmlərini bu cür insanlar üçün bəyan edib ki, bəlkə, təqvalı olsunlar!” (Bəğərə ayə 187)
Ərəb dilində ən mühüm lüğətnamələrdən olan “lisanul-ərəb” kitabında (1/413) deyilir:- “mubaşirət” yəni “mucamət”(cinsi yaxınlıq).
Quani-kərimin kəlimələrini araşdıran “Məcməul-Bəhrəyn”:-“başiruhunnə” ey “camiuhunnə” (yəni cinsi əlaqədə olun).
Yeddinci hədis: Aişə (r) nəql edib: “Rəsulullah məsciddə bir kişinin Quran oxuduğunu eşidəndə dedi: Allah ona rəhmət etsin. Filan surədən və filan surədən yaddan çıxartdığım filan ayəni və filan ayəni yadıma saldı” (Səhih Buxari, kitabu şəhadat, bab şəhadətu ə`əma, cild 3, səh 225, Səhih Buxari kitabu də`vat bab qolullahi təala “və səlli ələyhim.. ” cild 8, səh91)
Görəsən elə bir ağıllı insan tapılar ki, məxluqatın ən şərafətlisi və peyğəmbərlərin axırıncısı olan Muhəmmədin özünün gətirdiyi dinə və kitabına qarşı belə laqeyd olduğuna inansın? Necə ola bilər ki, belə bir Peyğəmbər ən böyük möcüzəsinə qarşı o qədər saymaz olsun ki, hətta onun bəzi ayələrini yaddan çıxartsın? Bəli bunun yalnız bir izahı ola bilər o da ibarətdir bundan: Camaatın nəzərində Rəsulullahı (s) adi bir nsan səviyyəsinə endirib onun adi adamlar kimi müxtəlif günahlar etməyə qadir olduğunu sübuta yetirmək.
Səkkizinci hədis: Aişə (r) nəql edib: “Bəni Zureyq qəbiləsindən Lubeyd ibn Ə`əsəm adlı bir kəs Allahın rəsulunu sehirləmiıdi. Hətta Rəsulullahı (s) elə əfsulamışdı ki, o etmədiyi şeyləri əncam verdiyini xəyal edirdi” (Səhih Buxari , kitab tibb, bab sehr 7/256, Səhih Muslim kitab səlam, 30, bab sehr 17, 7/1719)
Doqquzuncu hədis: Aişə nəql edib: “Rəsulullahı (s) elə sehirləmişdilər ki, elə gümanm edirdi qadınlarla yaxınlıq edir, amma onlarla heç bir yaxınlıq etmirdi. Sufyan deyib: Əgər belə olubsa deməli bu sehrin ən şiddətli dərəcəsi olub”. (Səhih Buxari. Kitab tib, bab həl yustəxrəcussehr, 7/177. kitab də`vat, bab təkrir dua, kitab bidul-xəlq, bab sifətu iblis cunuduhu 8/103 və 4/148) Ay Allah mən islam dini üçün bundan dəhşətli müsibət təsəvvür edə bilmirəm. Bu nə cür alimdir ki, dünyaya peyğəmbərinin dəli olduğu haqda fəxrlə car çəkir. Allah lənət etsin o kəslərə ki, Rəsulullaha belə ləkə yaxmaqla özlərini meydana atırlar. Heç mümkündür ki, Allah-təala ən şərafətli və Ulul-əzm Peyğəmbərini şeytanların əlində oyuncaq etsin. Şeytanlar da onu elə bir hala salsınlar ki, o camaatın önündə özünün arvadı ilə yaxınlıq etdiyi halda güman etsin. Yəni Allah-təala Peyğəmbərini elə bir vəziyyətə salmağa icazə verib ki, hətta adi adam belə camaatın gözü qabağında arvadı ilə edə bilmədiyi işi etdiyini xəyal etsin və camaata da bu cür etdiyini xəbər versin. Əgər belə olsaydı o zaman Rəsulullahın (s) ən qatı düşmənləri nə edərdilər? Onlar fürsət gözləyirdilər ki, o həzrəti ləkələsinlər. Əgər indi düşmənlərdən kimsə bunu eşitsələr onda müsəlmanları məsxərəyə qoymazlar? Əlbəttə bizə deyəcəklər ki, siz dəli bir adamın gətirdiyi dinə inandığınız üçün elə özünüz də dəlisiniz.
10-cu hədis: “Rəsulullah (s) qohumlarının ondan üz çevirdiklərinii görəndə bu səhnə ona çox ağır gəldi. Çünki Allahın ona nazil etdiyi vəhyin nəticəsində qohumlarının ondan uzaq düşmələrini gördükcə arzu edirdi ki, kaş Allahdan bir şey nazil olaydı ki, onunla qohumları arasında yenidən yaxınlaşmaya səbəb olaydı. Rəsulullah (s) qohumlarını sevdiyi üçün nigəran idi ki, onlarla sərt davrandığına görə onların ürəklərini ələ alsın. Rəsulullah (s) özlüyündə bu arzunu təkrar edirdi., Allah-təala bu ayəni nazil etdi: “And olsun batmaqda olan ulduza! Sizin xidmətçiniz nə yolunu azmamışdır və nə də əfsunlanmamışdır. Özündən heç nə danışmır” Allah-təalanın kəlamı bu yerə “Aya ibadət etdiyiniz Lat və Uzzanın nəyə qadir olduqlarını gördünüzmü?! Üçüncü büt olan Mənat da həmçinin?!” yetişəndə Şeytan Rəsulullahın həmişə qohumları üçün arzusunda olduğu şeyi onun dilinə gətirdi. “Bu həmin ali ğəraniqdir (bütlərdir) ki, onların şəfaət etmələrinə ümüd var”. Qureyş bunu eşidəndə xoş hal oldular. Rəsulullahın onların allahları (ğəraniq-bütlər) haqqında dediyi sözləri onları sevindirdi. Qureyşin qiyamətin günündə bütlərin şəfaət etmələri haqqındakı iddialarını Rəsulullah təsdiq etdiyinə görə onlar şad oldular. Onlar buna görə şükr səcdəsi etdilər. Sonra Cəbrayil nazil oldu və ərz etdi: Ya Rəsuləllah (s) sənin camaata dediyin bu kəlam ilahi kəlam deyil. Bunları iblis sənin dilinə gətirdi. Buna görə də qureyş yenidən Peyğəmbərlə düşmənçiliyə başladı”(Tarix Təbəri , 2/75, Təfsir Kəşşaf Zəməxşəri 3/161, Təfsir Durrul-mənsur, 4/661-663, Təfsir Camiul-bəyan, 1/445-448 Həcc syrəsinin 52-ci ayəsinin təfsiri altında bu dastanı nəql ediblər. Fəthul-bari fi şərhi səhih Buxari 8/439 həc surəsi)
Bu nə axmaq hədisdir ki, onu nəql ediblər. Məgər şeytan Allah bəndələrinin qəlblərinə nüfuz edə bilər? Allah-təala Qurani-kərimdə buyurur: “Həqiqətən, Şeytan iman gətirib yalnız Rəbblərinə təvəkkül edənlərin qəlblərinə yol tapa bilməz” (Nəhl ayə 99) Bu hədisi qondaranlar heç olmasa Quran oxuyaydılar onda hədis qondaranda ağılsızlıqlarını belə gülünc şəkildə izhar etməzdilər: “İblis dedi: İlahi məni azdırdığın üçün mən də bütün insanlara onların pis əməllərini onlar üçün gözəl cilvələndirib onları azdıracağam, məgər Sənin bəndələrini azdıra bilməyəcəyəm. Və onların içində muxləs bəndələrini əslən azdıra bilmərəm”(Hicr ayə 39-40) Ayə subut edir ki, şeytan heç vaxt Allahın muxləs bəndələrinin qəlblərinə nufuz edib onları azdıra bilməz. Əgər belədirsə bəs onda necə olub ki, bəşəriyyətin ən klamil insanı olan Rəsulullahın (s) mubarək qəlbinə şeytan nufuz edib? Əhli sünnət xəlifələrin fəzilətləri haqqında hədis nəql edəndə məlum olur ki, şeytan heç zaman onlari azdıra bilməyib. AmmaRəsulullahı azdırıb və hətta öz sözlərini Quran ayələri kimi rRəsulullaha təlim edib. Belə üzdən iraq alimlərin səhvi nəticəsində 20-ci əsrin axırlarında Salman Ruşdi kimi bir məl`un “Şeytan ayələri” kitabını yazdı. Salman Ruşdinin kitabını yazmaqda təkan verici amil bu cür hədislər oldu. (Şeytanın Rəsulullahın dilinə gətirdiyi ayələr haqqında əhli sünnətin nəql etdikləri hədislər). Çünki Salman Ruşdi avropa ölkələrinin birində özünə haqq qazandırmaq üçün belə bir bəyanat söyləmişdi: “Mən müsəlmanların öz kitablarından əldə etdiyim dastanı kitab şəkilində şərh etmişəm” Deməli Salman Ruşdinin məqsədi həmin hədis olmuşdur. Salman Ruşdinin islam peyğəmbərini ləkələməkdə icra etdiyi rol düşmənlərin planlaşdırdığı proqramın davamı idi. Belə ki, düşmənlər bir birinin ardınca həmin əsatirlərdən istifadə edib İslamın və Rəsulullahın əzəmətini puç etsinlər. Amma İmam Xomeyninin məşhur fətvası düşmənlərin arzularını onların ürəklərində qoydu. Bu il də Rafiq Tağı kimi bir məl`un həmin ssenarini təkrarlamaq istədi. Əgər düşmənlər müsəlmanların kitablarında nəql olunmuş israiliyyat hədislərindən istifadə edirlərsə deməli müsəlmanlar özləri müqəssirdirlər.
Əgər İmam Sadiq məktəbinin fədakarlığı olmasaydı onda dünyada islamı xurafat dolu əsatirlər toplusu kimi tanıtdıracaqdılar. Onda heç kəs xəcalətindən müsəlman olduğunu etiraf edə bilməzdi. Necə ki, mənfur vəhhabilərin əməlləri nəticəsində qərb islama və müsəlmanlara terrorist kimi baxırlar. Amma şiə mənbələrində (Biharul-ənvar 17/56-69, təfsirul-mizan 14/435) bu cür hədislərə toxunulub və onların əsl hədəfləri bəyan olunmaqla bu ləkəni islam dinindən rədd ediblər.
Ardı var
Yəqinən insanlar arasında iman əhlinin ən şiddətli düşmənlərin yəhudilərin və muşriklərin olduğunu görəcəksən. Amma insaların arasında möminlərə məhəbbət bəsləyib yaxın olanların “Biz xaçpərəstik”, - deyənləri görəcəksən. Bu ona görədir ki, xaçpərəstlərin içində keçmişdəki ümmətlərin dastanlarını nəql edən alimlər və rahiblər vardır. Çünki onlar təkəbbürlük etmirlər. (Maidə surəsi, ayə 82)
Hacı Elman İbadov tel: 055-752-27-40 email:kerrar@mail.ru